23.12.2021-ci il tarixində görkəmli alim Lütfi Zadə adına beynəlxalq olimpiada təşkil edilmişdir. İnformatika fənni üzrə 16 ölkədən 93 şagirdin iştirak etdiyi olimpiada onlayn formada keçirilmişdir. Azərbaycan məktəbliləri olimpiadaya ADA Universitetindən qoşulublar. Qeyd edək ki, iştirakçılara həll etmək üçün 4 tapşırıq və 5 saat vaxt verilmişdir. Olimpiada Təhsil Nazirliyinin və Təhsil İnstitutunun təşkilatçılığı ilə həyata keçirilir.